18 Yanvar 2018 11:24
1 369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı-jurnalist Nahid Hacızadə dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, N. Hacızadə uzun sürən xəstəlikdən sonra bu gün səhər vəfat edib.

Mərhum bu gün Binəqədi qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Nahid Hacızadə 1936-cı il martın 14-də Gədəbəyin Düzrəsullu kəndində anadan olub. Onun "Ömrün sorağında", "Ömür gözləyir bizi", "Məhəbbət yaşadır", "Köçündən ayrılan durna" pyesləri Şəki, İrəvan və Bakı teatrlarında tamaşaya qoyulub.

Nahid Hacızadənin ssenariləri əsasında həm də 30-a yaxın sənədli və bədii televiziya filmi çəkilib.


Müəllif: Teleqraf.com