18 Yanvar 2018 11:48
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıdakı “Təzəpir” məscidində xalq artisti, rəqqas Böyükağa Məmmədovla vida mərasimi başlayıb.

Vida mərasimində xalq artistinin yaxınları, mədəniyyət və incəsənət nümayəndələri iştirak edirlər.

Xalq artisti Binəqədi qəbiristanlığında dəfn ediləcək./Report/

Qeyd edək ki, Böyükağa Məmmədov 3 iyul 1951-ci ildə Bakı şəhərində anadan olub. Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti) rejissorluq fakültəsində təhsil alıb. Azərbaycan Dövlət Teleradio Komitəsində rejissor vəzifəsində, "SPACE" Müstəqil Televiziya kanalında icraçı direktor, Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" sənədli filmlər studiyasının direktoru vəzifəsində işləyib. "Novatorlar", "Çətin əlaqələr", "Ordubad", "Qobustan", "Kəlbəcər", "Ardıc kolu", "Arif Məlikov", "Məhəbbət Əfsanəsi", "Bu Cavaddır", "Rüstəm İbrahimbəyov - xülasə, yaxud başlanğıc", "Naxçıvan" adlı sənədli filmlərin rejissoru olub.

Xalq artisti uzun sürən xəstəlikdən sonra 90 yaşında vəfat edib.


Müəllif: Teleqraf.com