26 Aprel 2014 18:45
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri və Parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illik yubileyinə və siyasi fəaliyyətinə həsr olunmuş “Parisdən məktublar” sənədli filminin təqdimatı olacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, film nazirliyin sifarişi ilə “Salnamə” studiyasında çəkilib.

Təqdimat 29 aprel tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində gerçəkləşəcək.


Müəllif: