6 Fevral 2018 19:41
7 643
12 Punto 14 Punto 16 Punto 18 Punto

XX əsr Azərbaycan filmlərinin yadda qalan olması və bu qədər sevilməsinə görə korifey sənətkarlarımıza, xüsusilə də xanım aktrisalarımıza borcluyuq.

Onlar təkcə öz istedadları ilə deyil, gözəllikləri ilə də sənətsevərlərin yaddaşına köçüblər.

Teleqraf.com istedadı və gözəllikləri ilə bir zamanlar böyük pərəstişkar kütləsinə malik olan aktrisalarımızın arxiv və indiki fotolarını təqdim edir:

Azərbaycanın xalq artisti Amaliya Pənahova kino tarixinə adını əbədi həkk edib. Gözəlliyi və cazibəsi ilə tamaşaçıları ekranlara kilidləyən aktrisa 49-dan çox filmdə və tamaşada rol alıb.

Dünyaya səs salan kino tariximizin əfsanəvi filmlərindən olan “Arşın mal alan” filminin Gülçöhrəsi Leyla Şıxlinskaya dövrünə görə fiziki görünüşü və məsum baxışları ilə tamaşaçıların sevgisini qazanmışdı. İlk özəl klinikalardan biri aktrisanın adı ilə bağlıdır.

Xalq artisti Leyla Bədirbəyli dövrünə görə sevilən və cazibədar aktrisalardan biri olub. “Arşın mal alan” filmi ilə məşhurlaşan gənc xanım 43 filmdə rol alıb, 1999-cu ildə “İstiqlal” orderinə layiq görülüb.

Digər xalq artisti Firəngiz Mütəllimova “Səni axtarıram” televizya tamaşasında Gülnar rolu ilə xalqın sevgisini qazanıb. Filmlərdə və tamaşalarda gözəlliyi ilə tamaşaçıları ovsunlayan aktrisanın gözəlliyindən illər heç nə almayıb. 2017-ci ildə Prezident Mükafatına layiq görülüb.

Bədii qiraət ustası kimi tanınan xalq artisti Əminə Yusifqızının incəsənətə marağı məktəb vaxtlarından yaranıb. 72 filmə çəkilən gözəl aktrisa səsləndirdiyi şeirlərlə də xalqın ürəyinə yol tapıb. 2016-cı ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Xalq artisti Zeynəb Xanlarovanın qardaşı qızı aktrisa Mehriban Xanlarova da gözəlliyi və cəsarətli obrazları ilə hər kəsin sevgisini qazanıb. 24-dən çox film və tamaşalarda oynayan aktrisa 2017-ci ildə Prezident Mükafatına layiq görülüb.

Xalq artisti Həmidə Ömərova sənətə gəldiyi ilk gündən iri gözləri, səlis və ovsunlayıcı səsi ilə böyükdən kiçiyə hər kəsin sevimlisi olmağı bacarıb. 50 dən çox film və tamaşada rol alıb. 2006-cə ildən Azərbaycan Prezidentinin fərdi təqaüdçüsüdür.

Mehriban üz siması ilə izləyicilərdə doğmalıq hissi yardan xalq artisti və Prezident təqaüdçüsü Elmira Şabanova da adını Azərbaycan film tarixinə yazan akrtirisadır. 30-a yaxın film və tamaşalarda oynadığı obrazlarla yaddaşlara həkk olunub.

Danışmadan belə baxışları ilə özünü ifadə etməyi bacaran əməkdar artist Naibə Allahverdiyeva oynadığı hər obrazı ilə sözünü demiş aktrisalardandır. Sevilən aktrisa 2017-ci ildə Prezident Mükafatına layiq görülüb.

Mahirə


Müəllif: