7 Fevral 2018 19:44
1 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Murad Dadaşovun təsisçisi və rəhbəri olduğu “MGP” (“M Group Production”) bu gün 15 yaşını qeyd edir.

Teleqraf.com xəbər verir ki, Murad Dadaşov 2018-ci ili “MGP” üçün yubiley ili elan edib.

Bu üzdən “MGP” il ərzində müxtəlif kreativ tədbirlər və irimiqyaslı layihələrlə gündəmi zəbt etməyi planlaşdırır.

2003-cü ilin 7 fevralında yaradılan “MGP”nin əsasını rəhbərlik və əməkdaşlar daxil olmaqla, media sahəsində təcrübə və bacarığa malik güclü bir komanda təşkil edir.

Yaradıcı qrupun televiziya məkanının ən böyük layihələrində iş təcrübəsi, eyni zamanda, əyləncəli və maarifləndirici verilişlərin, meqalayihələrin hazırlanması və tanıdılması sahəsində geniş təcrübəsi var.

Şirkət bu vaxta qədər bir sıra telelayihələri uğurla başa vurub. Məsələn, "Mərc Şou" və "Bu Da Bu" layihələri artıq yekunlaşıb, "Maşın" Realiti Şou və dünyaşöhrətli "Davam Ya Tamam" layihələri isə davam edir.

Hətta artıq “Davam Ya Tamam” şousunun növbəti buraxılışı üçün hazırlıqlar başlanıb. Həmçinin artıq bir neçə iştirakçısı müəyyənləşən dünyaşöhrətli “Maşın” şounun isə may ayının ortasında başlanacağı bildirilib.


Müəllif: Sara