8 Fevral 21:14

Süni mayalanma etdirməyi də düşünmüşəm.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı aktrisa Cəmilə Tağızadə deyib.

O, sənət karyerasını hələlik ikinci planda saxladığını bildirib:

“İndiyə qədər ana olmaq haqqında düşünmürdüm. Ancaq indi ana olmağı çox arzulayıram. Əkiz uşaqlarımın olmasını istəyərəm, buna görə süni mayalanma etdirməyi də düşünmüşəm. Ancaq həyat yoldaşım bu arzuma qarşı çıxdı. Hazırda müalicələr alıram”.

Aktyorluq fəaliyyətindən danışan Cəmilə Tağızadə film çəkilişlərinə hazırlaşdığını bildirib:

“İki film təklifi almışam. Biri Türkiyədə, o biri Azərbaycanda çəkilməlidir. Sadəcə, sponsorlar tərəfdən bəzi işlər görülməlidir”.

Qeyd edək ki, akrisa Cəmilə Tağızadə Türkiyə vətəndaşı Muradla ailə qurandan sonra İstanbula köçüb.


Müəllif: İradə Musayeva
Загрузка...