13 Fevral 10:58

Son sözləri dünən axşam bu oldu: “Çox sağ olun, sizdən razı köçürəm...”

Bu sözləri Azərbaycanın böyük dramaturqu Cəfər Cabbarlının qızı Gülarə Cabbarlının oğlu Bəhlul Seyfəddinoğlu Teleqraf.com-a açıqlamasında anasından danışarkən deyib:

“Bu gün Təzəpir məscidində Gülarə Cabbarlı ilə vida mərasimi keciriləcək. Saat 14:30-da ordan götürülüb köhnə qəbirstanlıqda atamın, qardaşımın yanında torpağa tapşırılacaq. Son sözləri dünən axşam bu oldu: “Çox sağ olun, ağıllı övladlar oldunuz. Sizdən razı köçürəm”.

Qeyd edək ki, 1930-cu ildə anadan olan Gülarə Cabbarlı 1953-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi işləyib, 1979-cu ildə C. Cabbarlının ev-muzeyinə direktor təyin olunub.

Hazırda Cəfər Cabbarlının ev-muzeyinə Gülarə xanımın qızı Qəmər Bağırova rəhbərlik edir. Gülarə xanım tanınmış dramaturq Seyfənddin Dağlının həyat yoldaşı olub.


Müəllif: İradə Musayeva
Загрузка...