14 Fevral 01:13
2 908

Bir müddət öncə üzü yanmış bir xanımı makiyaj edərək bir çoxlarının, o cümlədən, dünyanın ən məşhur simalarından olan Peris Hiltonun diqqətini çəkən stilist Anar Ağakişiyev bu dəfə xalq artisti Flora Kərimovanın imicində köklü dəyişiklik edib.

Teleqraf.com xəbər verir ki, stilist xalq artisti Flora Kərimovanın dəyişimini Sevgililər gününə əsrarəngiz hədiyyə adlandırıb.

Özünün İnstaqram səhifəsində xalq artistinin videosunu paylaşan Anar Ağakişiyev qeyd edib: “Hər birinizə əvəzolunmaz, bənzərsiz, möhtəşəm, Azərbaycan musiqisinin canlı əfsanəsi olan, korifey sənətkar və hər birimizin ürəyində taxt tac quran gözəl Flora Kərimova qədər sevilməyi arzu edirəm”.


Müəllif: Teleqraf.com