6 Mart 2018 11:20
2 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış aktyoru, “Qurdlar vadisi”, “Filinta”, “Eşkıya” kimi seriallardakı rolları ilə izləyicilərin sevgisini qazanan Harun Qandəmir vəfat edib.

Teleqraf.com xəbər verir ki, gənc aktyorun infarkt keçirdikdən sonra vəfat etdiyi açıqlanıb.

Məlumata görə, hadisə dünən axşam Bakı vaxtı ilə 20:00-da aktyorun Çərkəzköy rayonundakı evində baş verib.

35 yaşlı Qandəmir axşam yeməyindən sonra qəfildən huşunu itirib. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.


Müəllif: Samir