19 Mart 10:37

Xalq artisti Könül Xasıyeva “Həyat” Fondunun səfiri təyin olunub.

Bu haqda xanəndənin Heydər Əliyev Sarayında baş tutan konsertində aparıcı Hacı Nuran Hüseynov deyib.

O, gecədə K.Xasıyevaya hədiyyəsini verərək, bunları söyləyib:

“Bir neçə gündən sonra Könül xanımın yubileyidir. Bizim “Həyat” fondunun ona hədiyyəsi var. Bizim Könül Xasıyeva ilə yolumuz eynidir. Onu “Həyat” fondunun səfiri elan edirəm”./Axşam.az/


Müəllif: Teleqraf.com
Загрузка...