8 Avqust 2014 16:00
1 872
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanfilm” kinostudiyasının keçmiş direktoru Xamis Muradov əməliyyat olunub.

Teleqraf.com-a bu barədə açıqlama verən Xamis Muradov hazırda özünü normal hiss etdiyini və ev şəraitində müalicə aldığını bildirib:

“Uzun müddətdir ki, ürəyim məni narahat edirdi. Dörd-beş gün olar ki, ürəyimdən əməliyyat olundum. İndi evdəyəm, müalicə alıram. Çox danışa bilməyəcəm. İnşallah, tam sağalım ətraflı danışarıq”.

Qeyd edək ki, Xamis Muradova 50-yə yaxın sənədli filmin rejissoru, eyni zamanda ssenari müəllifidir. 1998-2001-ci illərdə “Salnamə” Kinostudiyasına rəhbərlik edib, 2002-2011-ci illərdə “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsində çalışıb. “Buta”, “Biz qayıdacağıq” , “Niyyət”, Tərsinə çevrilən dünya” filmlərinin baş prodüseri olub, “Özgə anası”, “Nəsimi”, “Aşıq Ələsgər”, “9 dəqiqə” və s. sənədli filmləri lentə alıb. Qaçqınların acınacaqlı yaşam tərzindən bəhs edən “9 dəqiqə” sənədli filmi 2003-cü ildə ən yaxşı sənədli film nominasiyası üzrə “Qızıl Çıraq” Milli Kino Mükafatına layiq görülüb. Dövlət Mükafatı laureatıdır. 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 2005-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.

Pərvin


Müəllif: