7 Aprel 2018 17:12
2 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əylənmək üçün əmisi oğlunun iş yerinə getdi, indi məşhur aktisadır

Tanınmış ulduzların necə məşhurlaşdıqları həmişə insanları təəccübləndirib.

Teleqraf.com xarici mediaya istinadla bəzi məşhurların taleyində baş verən qəfil dönüş anlarını, zirvəyə doğru gedən yolun necə başlandığını oxucularla bölüşür:

Mərvə Boluğur

Karyerasını aktyorluq üzərində qurmayan Mərvə Boluğur təsadüfən əylənmək məqsədi ilə əmisi oğlunun işlədiyi agentliyə gedib. Orada tanış olduğu bir başqa agentlik rəsmisinin verdiyi vizit kartını aldıqdan sonra ünvanın yaşadıqları məhəllədə olduğunu görüb. Agentliyə gedib və onun orada fotoları çəkilib. Bir müddət sonra da reklama çəkilmək üçün təklif alıb. Reklam çəkilişlərindən sonra bir çox serialda rol alıb.

Tuba Böyüküstün

Tuba Böyüküstün kommersiya filmlərinə televiziyadan gedib. Daha sonra Gülzar rolu ilə kiçik bir aktyorluq təcrübəsi yaşayıb. “Çəmbərimdə gül oya” adlı serialda özünü göstərməyə başlayan Büyüküstün ilk baş roluna 2005-ci ildə çəkilən “Cökə altında” serialında çəkilib.

Sibel Can

Musiqiçi ailəsində böyüyən Sibel Can əslində rəqqasəlik edirdi. Muazzəz Abacının onu kəşf etməsindən sonra bugünkü məşhurluğa çatıb.

Cim Kerri

“Maska” filmi ilə məşhurluq qazanan Cim Kerri bu gün Hollivudun ən güclü aktyorlarından biridir. Məşhurluqdan əvvəl rezin zavodunda çalışıb.

Conni Dep

Conni Dep bir musiqi qrupuna solistlik edib. Bu gün milyonlarla dollarlıq bir sərvətə sahib olan Dep o vaxt gecədə 25 dollar qazanırdı. Depin yaxın dostu Jakey İrrel Haley “Alma küçəsində kabus” filmi üçün seçimlərdə iştirak etməyə gedəndə yanında Connini də aparıb. Bayırda gözləyən Depdən seçimlərə qatılıb-qatılmayacağı soruşulub. Dep qəfil baş verən bu hadisədən sonra rol alaraq, ilk filminə çəkilib.

Fəxriyə Evcən

Türkiyli aktrisa Fəxriyə Evcən Almaniyadan tətil üçün Türkiyəyə gəlib və Oya Aydoğanın proqramında tamaşaçı kimi iştirak edib. Daha sonra Aydoğan onu prodüser İbrahim Mərdoğlu ilə tanış edib. Telefon nömrəsi mübadiləsindən sonra Evcən Almaniyaya qayıdıb. Sonradan telefonu heç susmayıb. "Heç vaxt unutma" və "Həsrət" seriallarında rol alıb. Amma əsl böyük çıxışı “Yarpaq tökümü”ndəki rolu olub.

Yıldız Tilbə

Pul qazanmaq üçün ev təmizliyinə gedən Yıldız Tilbənin yanıqlı səsi ev sahibləri tərəfindən bəyənilib və ilk dəfə İzmir şəhərində bir barda mahnı oxuyub. Qısa zamanda səsinin sorağı yayılıb. Sezən Aksu ilə tanış olan Tilbə 1993-ci ildə ilk kasetini çıxarıb.


Müəllif: Sara