24 Aprel 2018 19:34
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın əməkdar artisti Nazim Ağayev vəfat edib.

"Report"un məlumatına görə, o, uzun sürən xəstəlikdən sonra 79 yaşında dünyasını dəyişib.

N.Ağayev Lənkəran rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, N.Ağayev 1939-cu il yanvarın 2-də Bakı şəhərində anadan olub. 1962-ci ildə Teatr İnstitunun Musiqili komediya fakültəsinə daxil olub, 1967-ci ildə oranı müvəffəqiyyətlə bitirib. 1967-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib. Ə.Bakıxanovun dəvəti ilə xalq çalğı alətləri orkestrinin solisti olub, həmçinin Ağası Məşədibəyovun rəhbərliyi ilə ansamblda çalışıb. 1978-ci ildən "Azkonsert" Dövlət konsert-qastrol birliyinin solisti olub, müxtəlif vaxtlarda 7 bədii filmdə çəkilib. Barəsində "Bəxtimə düşən sənət" sənədli filmi çəkilib. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə əməkdar artist fəxri adina layiq görülüb.

Allah rəhmət eləsin!


Müəllif: Teleqraf.com