5 May 2018 12:36
1 363
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fuad Poladovun ölümü Azərbaycan incəsənəti üçün nəhəng itkidir”.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Fuad Poladovla vida mərasimində iştirak edən Əməkdar artist Almaz Mustafayeva jurnalistlərə deyib.

Almaz Mustafayeva bu böyük itkini ifadə edəcək söz tapmadığını bildirib: “Biz Fuadla bir müddət televiziyanın uşaq redaksiyasında işləmişik, onunla qonşu olmuşuq. Axırıncı dəfə “Nizami” kinoteatrında görüşdük. Yoldaşı ilə gəlmişdi, görüşdük, ayrıldıq.

Bu bizim sonuncu görüşümüz oldu. Çox təəssüf, söz tapmıram deməyə. Fuad Poladovun ölümü Azərbaycan kinoteratrı, incəsənətinə nəhəng bir itkidir. O, adı böyük hərflərlə yazılan aktyor idi”.


Müəllif: Aytən