5 May 2018 13:00
2 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dostumu və böyük sənətkarı itirmişəm, danışmaq ağırdır”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Fuad Poladovla vida mərasimində iştirak edən Xalq artisti Rasim Balayev deyib.

Onun sözlərinə görə, Fuad Poladov Azərbaycanın kino və teatrının sütunlardan biri idi: “Bu gün biz o sütunlardan birini itirdik. O, çox zəhmətkeş aktyor idi, onun sənət yolunda ağlasığmaz əziyyətləri vardı. Şəxsiyyət kimi böyük idi. Sənət aləmində öz şəxsiyyəti ilə bəzi ağzıgöyçəklərin cavabını verə bilən insan idi.

Onun haqqında keçmiş zamanda danışmaq çətindir. Bu sənətə meyili olan və aktyor olmaq istəyən insanlar Fuad Poladov məktəbindən çox şey öyrənəcək. Allah rəhmət eləsin”.


Müəllif: Aytən