5 May 2018 13:10
1 535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fuad Poladov bir aktyor kimi mənim üçün örnək olub.

Teleqraf.com xəbər verir ki, bu sözləri Fuad Poladovla vida mərasimində çıxış edən Xalq artisti Fəxrəddin Manafov deyib.

Göz yaşlarına hakim ola bilməyən Xalq artisti Fuad Poladovun bu ağır xəstəlikdən sağalacağı möcüzəsinə inandığını deyib:

"İnsan qəribə məxluqdur, gözləyə-gözləyə nağıla inanırıq. Elə bilirik ki, möcüzə olacaq, amma bu dəfə olmadı. Bu nağıl baş tutmadı. Fuad Poladov bir aktyor kimi mənim üçün örnək idi, bunu özünə də demişəm. Allah rəhmət eləsin".


Müəllif: Aytən