5 May 2018 13:58
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün danışmaq mənim üçün çox ağırdır.

Teleqraf.com-un xəbərinə görə, bu sözləri Xalq artisti Mabud Məhərrəmov deyib.

O, Fuad Poladovla uzun illər Rus Dram Teatrında çalışdığını, onu hər zaman nümunəvi şəxsiyyət kimi tanıdığını dilə gətirib: “Biz onunla bir çox filmlərdə rol almışıq, eyni səhnəni bölüşmüşük, eyni qrim otağını paylaşmışıq. Mədəniyyətimiz və şəxsən mənim üçün böyük itkidir. Fuad bəy elə bir insan idi ki, hər kəsin həyatında iz qoya bilirdi. Onu yaxından tanıyanlar bilir ki, o, çox düzgün, sarsılmaz və nümunəvi şəxsiyyət idi”.


Müəllif: Aytən