7 May 2018 16:13
1 903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən bilmirəm bu söz-söhbətləri kim yayır. Hamısı yalandır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Akademik Milli Dram Teatrının direktoru, xalq aristi Azərpaşa Nemətov deyib.

Azərpaşa Nemətovun sözlərinə görə, mayın 5-də, aktyor Fuad Poladovun dəfn günündə oynanılan “Şah Qacar” tamaşasından sonra heç bir qalmaqal yaşanmayıb:

“Mətbuatda yayılan xəbərlərin hamısı yalandır. Mən bilmirəm bu söz-söhbətləri kim yayır”.

Qeyd edək ki, Kulis.az saytı mayın 5-də, aktyor Fuad Poladovun dəfn günündə oynanılan “Şah Qacar” tamaşasından sonra Akademik Milli Dram Teatrında qalmaqal yaşandığı haqda məlumat yayıb. Məlumata görə, tamaşadan sonra təzimə çıxan aktyorlardan biri Fuad Poladovu xatırlayıb və onun xatirəsinə tamaşaçılardan bir dəqiqəlik sükut xahiş edib.

Bu isə teatr rəhbərliyinin xoşuna gəlməyib və aktyoru çağıraraq, ona xüsusi xəbərdarlıq edib.

Qeyd edək ki, hadisədə adı keçən aktyor Ayşad Məmmədovla əlaqə saxlamağa çalışsaq da, o, telefonlarımıza cavab vermədi.


Müəllif: Xəzər Süleymanlı