14 May 2018 18:27
1 806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən Vaqif Mustafayevin bu sistemini ona görə bəyənmirəm ki, səhnə qanunlarını çox yaxşı bilirəm.

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Yasin Qarayev deyib.

Onun sözlərinə görə, “Speys” kanalında sənət adamları üçün hər həftə təşkil olunan ad günü verilişlərinə qatıla bilməməsinin səbəbləri var:

“Dünən “Speys” kanalından zəng edib xalq artisti Arif Quliyevin ad günü çəkilişinə dəvət etdilər. Dedim ki, gələ bilməyəcəm. Çəkiliş 4-5 saat davam edir, hamı ayaq üstə gözləməli olur. Mənim o yaşım deyil axı. Belə verilişlər cavanlar üçündür. Yaşlı adamları heç fikirləşmirlər?

Birinin boyu hündürdür, birininki qısa. Bunu da nəzərə almırlar. Mən Vaqif Mustafayevin bu sistemini ona görə bəynmirəm ki, səhnə qanunlarını çox yaxşı bilirəm”.

Yasin Qarayev qeyd edib ki, onun bu etirazının Arif Quliyevlə qətiyyən əlaqəsi yoxdur: “Mənə Arif Quliyev zəng etsəydi gedərdim, görüşərdim, hədiyyə də alıb aparardım, dərdimi də deyərdim. Yəni mənim “Speys”ə gedib 6 saat ayaq üstə dayanmağa imkanım yoxdur. Xətrini çox istəyirəm. İllərin dostuyuq, ancaq bilmirəm məndən inciyib, yoxsa yox...”


Müəllif: Xəzər