15 May 2018 08:00
1 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyada 71-ci “BAFTA” film mükafatlandırma mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, Killian Merfinin baş rolda çəkildiyi “Peaky Blinders” (“Ülgüc günlüklər”) teleşousu ilin ən yaxşı dramatik serialı seçilib.

2013-cü ildə ekranlara çıxan serial İngiltərənin Birminqem şəhərində 19-cu əsrin sonlarında fəaliyyət göstərmiş quldur qaraçı dəstəsindən bəhs edir.

Serialın dördüncü mövsümü 2019-cu ildə nümayiş olunacaq.

İlin ən yaxşı xarici serialı adına isə məşhur yazıçı Marqaret Etvudun “Damazlıq qızın hekayəti” adlı romanı əsasında çəkilmiş eyni adlı serial layiq görülüb.


Müəllif: Teleqraf.com