15 May 2018 10:19
2 530
12 Punto 14 Punto 16 Punto 18 Punto

İş adamı Nuriyyə Əhmədovanın müğənni Günay İbrahimlidən ''Bandotdel''ə şikayət etməsi dəqiqdir.

Teleqraf.com Criminal.az saytına istinadla xəbər verir ki, bu barədə iş adamının özü danışıb.

Onun sözlərinə görə, Günayla bağlı Baş Prokurorluğa da şikayət edib və sona kimi mübarizə aparacaq: ''Günayın mənə borcu var və verməlidir. Günay mənə 225 min manat borcludur. Onunla aramızda müqavilə olub. Mən ona pul qoyurdum, pulu geri qaytarmaq zamanında Günay aradan çıxdı, zənglərimə cavab vermədi. Artıq 3 ildir məndən qaçır. Bu işin yüzlərlə şahidi var. Rəhman, Zümrüd Mirzəliyevadan başlayıb bu söhbət. Prodüserlər, anası gəlib ifadə verib. Günayın atası da qızının problemini bilir. Günay, atası, anası və mən notariusda birlikdə müqavilə bağlamışıq. Sadəcə bu pullar rəsmi ödənilməyib. Bir mahnını almaq, ona klip çəkdirmək üçün hissə-hissə pullar ödəmişəm. Bəstəkar İsmayıl Əsədov, Samir, Elşad Xose yaxşı tanıyır məni. Rejissor Ülviyyə Könüllə Günaya klip çəkdirmişəm. Son 3 il yarıma qədər Günaya nə pul xərclənibsə mənim cibimdən gedib''.

N.Əhmədova deyir ki, Günaya xərclədiyim pulları ödəmək vaxtı olduğunu deyəndən sonra qaçmağa başladı: ''O vaxtkı produsseri Toma xanımla işləyən vaxtı oturub hesabladıq ki, pulları ödəmək vaxtıdır. Bundan sonra Günay həmin Toma xanımı da ləğv etdi. Hansı prodüser başlayır ki ödəniş etmək lazımdır, Günay onu ləğv edir. Özüm uşaq deyiləm, hüquqşünasam və sonacan gedəcəm. Günay gəlib məni tapıb. Mənim tekstil biznesim var, toy təşkilatçısı olmuşam, amma xeyriyyəçilik etməmişəm. Proyektimiz olub ki, özümüzə aid müğənnimiz olsun, yəni biznes məqsədi olub. Qazanmaq istəmişəm, amma alınmayıb, Günay aradan çıxıb''.

''Bandotdeldə Günayla üzləşmişəm. Günay təkzib etmir, sadəcə rəqəmlə razılaşmır. Deyir məbləğ o qədər deyil. Necə o qədər deyil? Bir mahnının kliplə birlikdə ərsəyə gəlməsi 20 min manatdır. 5 mahnı elədi 100 min. Məsələn "Qala" qrupundan Ceyhun Əliyev, hamı bilir ki, mahnının birini 5000 manata verir. Həmin mahnıya klipi də 5 minə çəkdirmişəm. Bu işlərin arxasında özüm getmişəm, iki prodüser olub bu işdə, Günay hara kimi qaçacaq? Günay kimə və nəyə arxalanır? Rəşada arxayındı? Çox nahaq yerə. Rəşada da sözümü demişəm. Rəşad dedi ki, mənlik deyil, sadəcə Günayın dostuyam. Bu gün bilmirəm Günayın nəyidir, amma mənə dediyi söz belə olubdu. Bu gün haqlıyam, haqqımı istəyirəm''.

Qeyd edək ki, Azərbaycanın populyar müğənnisi Günay İbrahimli mayın 14-də Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb.

Xanım sponsoru Günay İbrahimlini külli miqdarda pulunu mənimsəməkdə ittiham edir.

İş adamı Nuriyyə Əhmədova ''Bandotdel''ə yazdığı şikayət ərizəsində göstərib ki, G.İbrahimlinin klip çəkdirməsi, yeni mahnıları, telekallarda reklamı üçün 300 min manata qədər pul xərcləyib. Lakin müğənni həmin məbləği geri qaytarmayıb.

Şikayət əsasında G.İbrahimli və anası idarəyə çağırılaraq izahatları alınıb. Günay izahatında N.Əhmədovaya 17 min, anası isə 20 min manat borclu olduqları barədə ziddiyətli ifadələr veriblər. Hazırda BMCMİ-də araşdırma aparılır, şahidlər dindirilir.

Onu da bildirək ki, N.Əhmədova məhşur iş adamıdır. Azərbaycandakı tekstil biznesininin böyük hissəsində payı var.


Müəllif: Teleqraf.com