18 May 2018 08:00
1 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusda 27-ci “Gənc dizaynerlər” müsabiqəsi ilk dəfə dünyanın diqqət mərkəzinə düşə bilib.

Teleqraf.com Belarus KİV-ə istinadən xəbər verir ki, müsabiqədə sovet dönəminə aid fəhlə geyimləri yeni dizaynda nümayiş etdirilib.

3 gün davam edən müsabiqədə ən diqqətçəkən geyimi Aleksandra Luqvina adlı model nümayiş etdirib.

Geyimin dizayneri bunu hazırlayarkən küçədən ilham aldığını bildirib.

Model plastik sırğalar, üzü tamamilə örtən eynəklər, iri əlcəklər və digər aksessuarlarla dizayn edilmiş geyimlə bütün dünyanın diqqətini özünə çəkə bilib.


Müəllif: Mənsur Rəğbətoğlu