20 May 2018 17:39
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin paytaxtı Ankarada tarixi Azərbaycan Kültür Dərnəyi tərəfindən “Azerbaycan” jurnalının xüsusi buraxılışı çap edilib.

Teleqraf.com-un xəbərinə görə, jurnal Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümü, həmçinin dərnəyin fəaliyyətinin 70-ci ilinə həsr edilib.

Azərbaycan Kültür Dərnəyi 1949-cu il fevral ayının 1-də Ankarada təsis edilib. Fəxri sədri Məhəmməd Əmin Rəsulzadə olub. 1952-ci il aprel ayının 1-də dərnəyin rəsmi orqanı olan “Azərbaycan” jurnalının ilk sayı nəşr olunub.


Müəllif: Dilqəm Əhməd