21 May 2018 12:47
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Las-Veqas şəhərində musiqi sahəsi üzrə “Billboard Music Awards 2018” mükafatlandırma mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, britaniyalı pop müğənni Ed Şiran “ən yaxşı ifaçı” adını qazanıb.

O, həmçinin “Ən çox satılan ifaçı”, “Radioda ən məşhur mahnı” və “Kişilər arasında ən yaxşı müğənni” mükafatlarına da layiq görülüb.

Qadınlar arasında “İlin müğənnisi” adını isə Teylor Svift əldə edib.

İlin ən yaxşı qrupu “Imagine Dragons” olub.


Müəllif: Ruslan