14 Avqust 2014 14:53
1 599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Addım” GİM İctimai Birliyi “Müasir təbliğat” (filmlər) layihəsi çərçivəsində 741 saylı hərbi birləşmənin komandiri Məhərrəm Seyidovun şücaətli həyat yolu və döyüş qəhrəmanlığına həsr olunmuş “Amasiyadan olan unudulmuş qəhrəman” adlı sənədli film hazırlanıb.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, film 20 il sonra təsadüf nəticəsində üzə çıxan videokadrlar əsasında çəkilib. Filmin rejisoru Elşən Rüstəmov, prodüseri isə Kamil Həmidovdur.

Filmin əsas məqsədi erməni işğalçılarına qarşı mübarizədə şəhid olmuş Məhərrəm Seyidovun qəhrəmanlıqlarını dünya ictimaiyyətinə, eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri yaymaqdan ibarətdir.

BƏXTİYAR


Müəllif: