18 Avqust 2014 10:34

Azərbaycan ilk dəfə olaraq Makedoniyanın Struga şəhərində keçirilən “Lake Pearls” (Ezerskie Biseri) musiqi festivalında təmsil olunub.

İsrail, Almaniya, Bolqariya, Rusiya, Ukrayna, Malta, İspanya, İtaliya olmaqla, 27 ölkədən 400-ə yaxın təmsilçinin iştirak etdiyi festivalda ölkəmizi 7 yaşlı Selcan Museyibova təmsil edib. 10 gün davam edən festival günlərində təmsilçimiz 2 dəfə səhnəyə çıxaraq uşaqlar arasında " Ən yaxşı səs" nominasiyasına layiq görülüb. Festivalda münsiflər heyətində ölkəmizi "Addım Gənclər Təşkilatı"nın sədri, prodüser Hüseyn Cavadzadə təmsil edib.

Qeyd edək ki, Selcan Museyibova ötən il ölkəmizi Bolqariyada keçirilən "Golden Sparkles" festivalında təmsil edib və iki nominasiya üzrə qalib olmuşdu.

/qafqazinfo/


Müəllif:
Загрузка...