19 Avqust 2014 11:51
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış rejissor Rövşən Almuradlı 1 saylı Sumqayıt şəhər xəstəxanasından evə buraxılıb.

Bunu Teleqraf.com-a açıqlamasında rejissor özü deyib. “Bazar günü evə gəldim. İndi yaxşıyam, şükür Allaha. Amma hələ ki, müalicəm davam edir. Həkimlərlə Nurəddin Mehdixanlı danışıb. Tam ətraflı ondan öyrənə bilərsiniz. Sağ olsun, o çox əziyyət çəkdi”.

Qeyd edək ki, ötən həftə ürəyində qəfil və kəskin ağrılardan dolayı vəziyyəti ağırlaşan Rövşən Almuradlı 1 saylı Sumqayıt şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Nərmin


Müəllif: