28 Aprel 2014 13:26
1 967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış simalar Atelier “JAN” modalar evi populyar bloqqer Murad Osmannın xeyriyyə aksiyasında iştirak ediblər.

Teleqraf.com-un buro247.az-a istinadən verdiyi məlumata görə, xeyriyyə kampaniyasının digər dəstəkçisi Bakının populyar konseptual mağazalarından olan Bisque butikidir. Xeyriyyə layihəsinə Nargis jurnalının təsisçisi və baş redaktoru, Buro247.az saytının təsisçisi Ülviyyə Rəhmanova, Hokuma by Hokuma Hajiyeva brendinin kreativ direktoru Hökumə Hacıyeva, incəsənət kolleksioneri və sərgi kuratoru Fərəh Piriyeva, o cümlədən Azərbaycanın incəsənət və moda sahəsində tanınan digər məşhurları dəstək olublar.

Satışdan əldə edilən gəlir tənha analara dəstəyə yönəldiləcək. Svitşotlar və maykalar may ayının 20-dək Neftçilər prospekti, 127 ünvanında yerləşən Bisque Konseptual Mağazasında satışda olacaq.


Müəllif: