28 Aprel 2014 18:41

Yaxın günlərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yeni veb-saytının təqdimat mərasimi keçiriləcək.

Teatrın mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mürsəquliyeva Teleqraf.com-a açıqlamasında bildirib ki, yüksək peşəkarlıqla hazırlanmış saytda teatrın yaranma tarixi, teatr sənətinin görkəmli korifeyləri, yaradıcı və bədii heyət haqqında geniş məlumat yerləşdirilib. Həmçinin, teatrın aktyor kollektivinin uğurla iştirak etdiyi qastrol səfərləri və beynəlxalq festivallar haqqında ətraflı məlumatlar öz əksini tapıb.

Yeni sayta teatrın fəaliyyəti ilə bağlı bütün yeniliklər, kütləvi informasiya vasitələrində dərc olunan məqalələr, teatrın aylıq və cari repertuarı, repertuarda olan tamaşalar haqqında qısa annotasiyalar yer alacaq.


Nərmin


Müəllif: