30 Aprel 2014 12:52
1 983
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hədəf” nəşriyyatı yeni ədəbiyyat portalının istifadəyə verib.

Oxucuklubu.az adlanan saytın baş redaktoru Teymur Fərzidir. Bu barədə Teleqraf.com-a açıqlamasında Müşfiq Xan məlumat verib.

Onun sözlərinə görə oxucuklubu.az saytı digər ədəbiyyat portallarından fərqlənəcək:

“Oxucuklubu.az saytında kitab müzakirələri, köşə yazıları, ədəbiyyat və mədəniyyət xəbərləri, e-kitabları bölməsi olacaq. Saytın bir üstünlüyü o, olacaq ki, burada yazıçılar məqalələrini sayta özləri yerləşdirə biləcəklər. Sadəcə moderatorun təsdiqindən sonra yazılar saytda çıxacaq. Bununla yanaşı kitabların müzakirələri üçün ayrıca bölmə fəaliyyət göstərəcək”.


Müəllif: