30 Aprel 2014 17:29
586

“Qan tapıldı. İndi vəziyyətim yaxşıdır. Çox təşəkkür edirəm”.

Bunu Teleqraf.com –a açıqlamasında əməkdar artist Xanım Qafarova deyib:“2- ci qrup rezus mənfi qan gec tapıldığına görə bu elanı vermişdik. Şükür Allaha ki, qan tapıldı. İndi vəziyyətim yaxşıdır”. Aktrisa bildirib ki, vəziyyətinin pisləşməsinə səbəb Türkiyədə aldığı şüalardır:

“Müalicə ilə əlaqədar bədənimə çoxlu şüa verirdilər. O da bədəni halsız, gücsüz edir. Üstəlik, qanımı da aşağı salır. Şüalardan sonra mənə qan köçürülməlidir ki, özümə gəlim. Türkiyədən gələndən sonra halım çox pis idi. İndi yaxşıyam”.

Yaradıcı fəaliyyətini davam etdirə bilməyən aktrisa bildirib ki, yenidən Türkiyəyə gedəcək:“Qanım aşağı olduğuna görə heç bir iş görə bilmirəm. Səhhətim hələki, yaradıcı fəaliyyətlə məşğul olmağa imkan vermir. Müalicənin davamı üçün yenidən Türkiyəyə yollanacam”.

Nərmin


Müəllif: