30 Aprel 2014 20:53

Məşhur ingilis aktyoru Bob Hopkins 71 yaşında dünyasını dəyişib.

Teleqraf.com-un xarici KİV-ə istinadən xəbərinə görə, o, aprelin 29-da gecə xəstəxanada dünyasını dəyişib. Həkimlərin diaqnozuna görə, Hopkins pnevmoniyadan ölüb. Bundan öncə isə aktyora Parkinson xəstəliyi diaqnozu qoyulmuşdu. Bu səbəbdən o, daha filmlərə çəkilmirdi.

Aktyorun həyat yoldaşı Linda BBC-yə bunları deyib: "Bizim sevimli Bobu itirməyimiz mənim üçün dəhşətdir. O, sakitcə, ailə üzvlərinin əhatəsində xəstəxanada keçindi. Ölümünə səbəb pnevmoniyadır. Mən və övladlarım - Aleks, Sara, Roza, Cek sizdən xahiş edirik ki, bu ağır günümüzdə bizim şəxsi həyatımza hörmətlə yanaşasınız. Dəstəyinizə və sevginizə görə sağ olun".

Qeyd edək ki, Aktyir Bob Hopkins "Uzun ehtiraslı cümə", "Mona Liza" və başqa məşhur filmlərdə çəkilib.

Nihad


Müəllif: