1 May 2014 20:19
1 078

Türkiyənin tanınan bəstəkar- müğənnisi Əhməd Şəfəq “Gündəlik Teleqraf” qəzetinin redaksiyasında qəhərlənib.

Teleqraf.com-un xəbərinə görə, “Brifinq” layihəsi çərçivəsində redaksiyamıza təşrif buyuran müğənni “Heç hönkürtü ilə ağlamısınızmı?” sualına uzun pauza verərək, qəhərlənərək cavab verib. Ə.Şəfəq həyatda heç nəyin onu ağlatmadığını söyləyib:“Atam və anamı itirəndə ağlamışam. Atam dünyasını dəyişəndə ona bir mahnı bəstələnişdim. Amma qəribədir ki, anamı itirəndən bəri ona mahnı bəstələyə bilmədim. “Sevdiyim” (“Sevduğum”) bəstəsindəki misralar sanki atamın anama söylədikləridir”.

Yaradıcılığındakı yeniliklərindən, Bakıya gəlişindən danışan sevilən sənətçi Türkiyədəki siyasi proseslərdən söz açıb, proqnozlarını dilə gətirib.

Əhməd Şəfəqin geniş müsahibəsini “Gündəlik Teleqraf” qəzetinin şənbə sayında oxuya bilərsiniz.

PƏRVİN

Foto XƏYAL


Müəllif: