2 May 2014 16:33
2 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bədəliyyə Teatrı İbrus Teatrında məskunlaşmayıb”.

Bunu Teleqraf.com-a açıqlamasında xalq artisti Amaliya Pənahova deyib:“Yeganə teatrıq ki, yerimiz yoxdur. Amma buna baxmayaraq məşqlərimiz olur, tamaşalarımız nümayiş olunur. İbrus Teatrında məskunlaşmamışıq. Biz məşqlərimizi müxtəlif məkanlarda edirik”.

““Dostluq” kinoteatrından tamamilə ayrılmısınız? sualımıza xalq artisti belə cavab verib:“Xeyr, ordan tam ayrılmamışıq. Amma bina adamın başına uçur. Bina qəzalı vəziyyətdədir, divarları aralanıb. Bizə binaya girməyə icazə vermirlər”.

O bildirib ki, may ayının 6-da Bakı Bələdiyyə Teatrı yeni tamaşasını təqdim edəcək. Elçinin “Diaqnoz D” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası Musiqili Teatrda baş tutacaq.

Nərmin


Müəllif: