2 May 2014 17:31
1 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aktyor Rasim Cəfər 64-cü Kann Film Festivalında iştirak etmək üçün dəvət alıb.

Bunu Teleqraf.com-a açıqlamasında aktyor özü deyib. Qeyd edək ki, Rasim Cəfərin baş rolu oynadığı “Torn” qısametrajlı filmi bu il Kann Kino Festivalının “Rejissor həftəliyi” proqramı çərçivəsində nümayiş olunacaq:

“Kannda filmin yaradıcı heyəti iştirak edəcək. Azərbaycandan festivala mənimlə birgə filmin prodüseri Teymur Hacıyev gedəcək. Filmin rejissorları Elmar İmanov və Engin Kundağ Almaniyadan gələcəklər”.

Qeyd edək ki, film Elmar İmanovun və Engin Kundağın birgə işidir.

Nərmin


Müəllif: