7 May 2014 15:24
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tənqidçi Əsəd Cahangir “Ulduz” jurnalının yeni sayına qəzəl yazıb.

Bu barədə o facebook sosial şəbəkəsində yazıb:

“Jurnalı birinci tənqid etmək üçün oxudum. Ancaq Qulu Ağsəsin yeni jurnalı o qədər xoşuma gəldi ki, ona bir qəzəl qoşdum”

Elədin Afərin, ey Qulu Ağsəs, bizə imdad elədin,
Böylə jurnal buraxıb, tazəlik icad elədin.
Nə əcəb, doğdu sözün göylərində ulduzumuz,
Yığıb ulduzları bir “Ulduz”a, abad elədin.
Səpib ulduzları söz tarlasına tər tökdün,
Ey əkinçi, baba Zərdabinimi yad elədin?
Başladın Muğannadan, ruhumuza nur verdin,
Könüllə xətm eləyib, könlümüzü şad elədin.
Tişeyi-əqlin ilə çapdın ətalət dağını,
Tutdun “Ulduz”u şirin, kəndini Fərhad elədin.
Batdı nurunda bütün yerdə qalan jurnallar,
Mat qoyub xanələri, evləri bərbad elədin.
İndi bildik, nə imiş səndə olan narazılıq,
İndi bildik niyə on ildi ki, fəryad elədin.
Varsa, istedad əgər, sahibi sərhəd bilməz,
Şairi-məşhur idin, naşir olub ad elədin.


Müəllif: