8 May 2014 13:42
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

12-13 may tarixində Bakı Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, sərginin açılışı 12 may tarixində saat 10:45-də olacaq.

Qeyd edək ki, bu tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına əsasən keçirilir.

Nərmin


Müəllif: