8 May 2014 20:04
2 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qorxuram ki, Koncita birinci olar”

“Baxmayaraq ki, indi-indi tanınır, amma o çox peşəkar müğənnidir. Bu il çox uğurlu olacaq və beşlikdə yer alacağıq”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Xalq artisti Mübariz Tağıyev “Eurovision 2014” təmsilçimiz Dilarə Kazımovanın ifa və səhnə performansını qiymətləndirərkən deyib. M.Tağıyev Dilarənin rəqiblərini eləcə də yarışma barədə fikirlərini bölüşüb:“ Doğrusu, məndə belə fikir yaranmışdı ki, nə bahasına olursa olsun Ukraynanı birinci edəcəklər. Amma Ukraynanın təmsilçisinin çıxışı çox zəif idi. Monteneqro, Macarıstan təmsilçiləri Dilarənin rəqibləridir. Amma bu yarışmada adama oxşamayanlar da var: müsabiqə başlamamış Avstriyanın təmsilçisi Koncita Vurtsun reklamı gedirdi. Qorxuram ki, elə Konçita birinci olar. Ondan başqa builki yarışmada çox maraqlı mənzərə ilə qarşılaşdım: iştirakçıların əksəriyyəti sanki 80-cı illərin abu-havasındadırlar. Geyimlərinin tutmuş musiqilərinə qədər. Bu mənzərə insanda belə bir sual yaradır: Avropada nə baş verir?”.

Pərvin


Müəllif: