11 May 2014 09:18
2 042

Avstriya təmsilçisi "Eurovision-2014" mahnı müsabiqəsinin qalibi olub.

Teleqraf.com
xəbər verir ki, Danimarkanın paytaxtı Kopenhagendə "Eurovision-2014" mahnı müsabiqəsinin final mərhələsi keçirilib. Avstriya təmsilçisi Konçita Vurst müsabiqənin qalibi olub.

İfaçı səsləndirdiyi "Rise Like a Phoenix" adlı mahnıyla 290 səs toplayaraq yarışmanı ilk pillədə başa vurub.

Avstriyadan sonrakı pillədə Hollandiya 238 səslə 2-ci, İsveç isə 218 səslə 3-cü yeri tutub.

Qeyd edək ki, növbəti Avroviziya musiqi yarışması Avstriyada keçiriləcək. Azərbaycanı təmsil edən Dilarə Kazımova “Start a fire” mahnısı ilə 33 səs toplayıb.


Müəllif: