12 May 2014 12:51
1 516
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaxtaşırı Türkiyə mətbuatında ermənilər tərəfindən bu kimi məsələlər gündəmə gətirilir. Son hadisələrlə bağlı artıq Mədəniyyət və Turizm Nazirliyi İstanbuldakı konsulluğa müraciət edib”.

Teleqraf.com-un xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev ermənilərin “Çırpınırdı Qara dəniz” mahnısına qarşı irəli sürdükləri iddialara münasibət bildirirkən deyib. O bildirib ki, məsələ qısa zamanda öz həllini tapacaq: “Bu, çox aşkar məsələdir. Konkret faktlar var. Buna şərik çıxmaq sadəcə nadanlıqdır”.

Qeyd edək ki, bir müddət öncə Türkiyənin “Sabah” qəzetinin yaydığı məlumata görə, Mədəniyyət Nazirliyi erməni aşıq Sayat Novanın əsərlərinin türk və erməni dillərində çap edilməsi ilə bağlı qərar qəbul edib. Bu addım Türkiyə tarixində ilk dəfə olaraq ermənicə yazılan bir əsərin dövlət səviyyəsində nəşr edilməsi kimi təqdim edilib. Qəzet həmçinin Sayat Novanın mahnılarına misal olaraq Türkiyədə geniş yayılan “Çırpınırdı Qara dəniz” mahnısının adını çəkib.

Nərmin


Müəllif: