13 May 2014 19:57
462

Azərbaycan Yazıçılar Birliyinin 80 illiyinə həsr olunmuş sənədli film çəkilib.

Bu barədə AYB-nin mətbuat xidmətindən teleqraf.com-a məlumat verilib. Azad Azərbaycan teleradio şirkəti tərəfindən çəkilən sənədli filmin iyun ayının əvvəlində, Azərbaycan Yazıçılar Birliyinin yubiley ərəfəsində təqdimatı keçiriləcək və efirə veriləcək. Sənədli filmin ssenari müəllifləri Günay Novruz, AYB Mətbuat Xidmətinin rəhbəri, şair Xəyal Rzadır. Çəkiliş rejissoru Emil Məmmədli olan filmin montaj rejissorluğunu Roman Yaşar həyata keçirib.

Sənədli filmin məsləhətçiləri isə yazıçı Məqsəd Nur və “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru, şair Səlim Babullaoğludur.


Müəllif: