1 Fevral 2015 08:56
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazar günü Tehranda açılacaq “Fəcr” kino festivalında Məhəmməd peyğəmbərin həyatına həsr olunmuş trilogiyanın birinci hissəsi nümayış etdiriləcək.

Teleqraf.com-un məlumatına görə, İranın kino tarixində ən bahalı sayılan bu filmə 30 milyon dollar xərclənib.

Film festivalın qeyri-müsabiqə hissəsində nümayiş etdirilir, çünki təşkilatılçıların qərarına görə peyğəmbərə həsr olunnmuş film müsabiqəyə çıxarıla bilməz.

Film hələ ekranlara çıxmazdan əvvəl Yaxın Şərq boyunca ziddiyyətlərə səbəb olub. Belə ki, işıq və kölgələrlə olsa da, çəkilişdə peyğəmbər fiziki baxımdan əks etdirilir.

Misirin əl-Əzhar Universitetindən olan sünni üləmalar filmin nümayiş etdirilməsinə mane olmağa cəhd göstərsələr də, tanınmış rejissor Məcid Məcidi tərəfindən çəkilmiş film İranın ali dini rəhbərliyinin dəstəyini qazanıb. /azadliq.org/


Müəllif: