14 May 2014 16:01
1 484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni Zarina Məmmədova növbəti mükafatını alıb.

Teleqraf.com xəbər verir ki, ifaçı Azərbaycan Gənclər Mərkəzinin təşkilatçılığı ilə baş tutan Gənclərin Dostu Milli Mükafatlandırılma mərasimində “Gənclərin sevimli gənc xanım müğənnisi” mükafatına layiq görülüb.

Mərasimdə Zarinanın prodüseri Təranə Səmədova da mükafatsız qalmayıb. O, “Gənclərin sevimli prodüseri” adına layiq görülüb.

Qeyd edək ki, təltif etmə mərasimində millət vəkilləri Fəttah Heydərov, Qənirə Paşayeva, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, xalq artisti Ağadadaş Ağayev, əməkdar artist Azərin, əməkdar jurnalist Vüqar Qaradağlı, müğənnilər Sevil və Sevinc bacıları, aparıcı Samir Bayramlı və digərləri müxtəlif mükafatlara layiq görülüb.

Pərvin


Müəllif: