5 Fevral 2015 10:36
1 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur “Sothebys” hərracında tanınmış azərbaycanlı rəssam, milli mədəniyyətimizdə nonkonformizmin banilərindən biri Cavad Mircavadovun əsəri sərgilənəcək.

Publika.az-ın məlumatına görə, sərgi fevralın 16-19-da Londonda ikinci Beynəlxalq “Buta” Azərbaycan İncəsənəti Festivalı çərçivəsində keçiriləcək. Burada C.Mircavadovun “Tanrının anası” əsəri nümayiş olunacaq.

Qeyd edək ki, Azərbaycan incəsənət tarixində müasir istiqamətin banisi kimi tanınan Cavad Mircavadov 1923-cü ildə Bakıda anadan olub. 1949-54-cü illərdə Sankt-Peterburqda yaşayıb, Dövlət Ermitajında fəhlə kimi çalışıb. Onun ilk rəngkarlıq əsəri 1967-ci ilə aid edilir. Cavad Mircavadovun yaradıcılığı formaca müasirliyə, məzmunca milli incəsənətin ənənələrinə əsaslanır.

Rəssam 1992-ci il iyunun 24-də Kopenhagen-Moskva qatarında səyahət edərkən dünyasını dəyişib.


Müəllif: