6 Fevral 2015 05:33
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin Azərbaycandakı səfirliyinin Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydy fevralın 5-də AMEA-nın Folklor İnstitutunun qonağı olub.

Misir Mədəniyyət Mərkəzindən APA-ya verilən xəbərə görə, İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov) rəhbərlik etdiyi elm ocağının fəaliyyəti haqqında qonağa məlumat verib. O, Misir kitabxanalarında Azərbaycanla bağlı nadir əlyazmaların olduğunu diqqətə çatdırıb. Görüş əsnasında Misir kitabxanaları ilə əlaqə saxlanılması, həmin əlyazmaların surətinin ölkəmizə gətirilməsi və araşdırılması, eləcə də hər iki xalqa məxsus folklor nümunələrinin qarşılıqlı nəşrinə dair fikir mübadiləsi aparılıb.

Qonaq bildirib ki, Misir Mədəniyyət Mərkəzi işini yenidən qurur və Azərbaycanla mədəni əlaqələrin genişləndirilməsini nəzərdə tutur.

Görüşdə akademik Teymur Bünyadov, AMEA Xarici Əlaqələr sektorunun müdiri Əli Şamil də iştirak ediblər.


Müəllif: