15 May 2014 17:24
2 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 15-dən etibarən Nizami Kino Mərkəzində Amerika və Yaponiyanın istehsalı olan “Qodzilla” (3 D formatda) və Türkiyənin “Mandira filosofu” filmlərinin nümayişi başlanacaq.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, Maks Borenşteyn və Deyv Kallaxemin ssenarisi əsasında rejissor Qaret Edvardsın ekranlaşdırdığı “Qodzilla” filmi fantastika, məcara və döyüş janrındadır.

Rejissor Qodzillanı antiqəhrəman kimi təsvir edib. Filmin əsas mövzusu insanla təbiətin mübarizəsidir. Qodzilla təbiəti tərənnüm edir. Təbiətin hər zaman qalib gəlməsi filmin sətirarxası mənasıdır. Filmdəki obrazları Aaron Teylor –Conson, Ken Vatanabe, Elizabet Olsen, Julyet Binoş, Salli Xokins və başqaları canlandırıblar.

Bu da “Mandıra filosofu”

Digər film Birol Güvənin ssenarisi əsasında rejissor və baş rolun ifaçısı Müfit Can Saçıntının çəkdiyi “Mandıra filosofu” filmi komediya janrındadır. Filmin baş qəhrəmanı ilə kinosevərlər Türkiyənin populyar “Cocuklar duymasın” serialından tanışdırlar.

İçində yaşadığı dünya nizamı Mustafa Əlini Muğlanın Çökərtmə kəndinin yaxınlığında, kimsəsiz bir daxmada yaşamağa qədər aparır. Mustafa Əli işə qəti qarşıdır. Cavit isə hiyləgər və çalışqan iş adamıdır və yeni layihəsi üçün Çökertme kəndinə gəlir. Məqsədi Mustafa Əlinin sahib olduğu ərazini satın alıb yerinə qazanc gətirəcək otel tikməkdir. Amma Cavit nə bilsin ki, həyatı Mustafa Əli ilə tanış olduqdan sonra köhnəsi kimi olmayacaq. Mərkəzdən bildiriblər ki, müsbət emosiya bəxş edən bu film komediyanı sevən tamaşaçıların zövqünü oxşayacaq.

Nərmin


Müəllif: