18 Fevral 2015 12:48
1 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlara vətənə dönən aparıcı və xeyriyyəçi Hacı Nuran Hüseynov “Addım” Gənclər Təşkilatının kinoteatrlarda film izləmə ənənəsi və mədəniyyətinin təbliği məqsədi ilə həyata keçirilən “Kinoya Addımla” adlı layihəsinin qonağı olub.

Teleqraf.com xəbər verir ki, layihə çərçivəsində teleaparıcı gənclərlə bərabər rejissor Xorxe Qutyeresin “Həyat kitabı” 3D animasiya filmini izləyib. Qeyd edək ki, film Meksikada “Ölülər günü” ərəfəsində baş verən romantik əhvalatdan bəhs edir.

Nümayişdən öncə “Addım” Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə çıxış edərək məhz gənclərin istəyi ilə layihəyə dəvət olunan Hacı Nuranın xeyriyyəçilik və ictimai fəaliyyətinin gənclərə örnək olmasından danışıb. O bildirib ki, məhz Hacı Nuranın istəyi ilə nümayişə Bilgəh qəsəbəsindəki internat məktəbinin uşaqları da dəvət olunub. Daha sonra layihədə ənənə üzrə ulduz qonaq qismində çıxış edən Hacı Nuran Hüseynov gənclərlə fikirlərini bölüşüb. Filmin nümayişindən sonra gənclər qonaqla fotolar çəkdirib, onları maraqlandıran mövzularda diskusiyalar aparıblar. Film nümayişindən sonra Hacı Nuran nümayişdə iştirak edən qonaqlarla fikirlərini bölüşüb: “İlk öncə həm gənclər, həm də balacalarla birlikdə film izləməyə yaradılan şəraitə görə təşəkkürümü bildirirəm. Film bir nəfəsə izlənildi. Animasiyanın bu qədər maraqlı və pozitiv olacağını təsəvvür etmirdim”.

Nərmin


Müəllif: