21 Fevral 2015 07:49
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Cüzeppe Verdinin “Aida” operası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, tamaşada üç dövlətin – Ukrayna, Gürcüstan və Azərbaycanın vokal sənəti ulduzları iştirak edəcəklər.

Aida partiyasını Ukraynanın Əməkdar Artisti Viktoriya Çenskaya səsləndirəcəkdir. V.Çenskaya bir çox beynəlxalq müsabiqələrin laureatıdır. Almaniya, Macarıstan, Şotlandiya, İspaniya, Niderland, İtaliya, Fransa, Tailand və s. ölkələrdə çoxsaylı qastrol səfərlərində olub. Radames rolunda Gürcüstanın Xalq Artisti, Dövlət mükafatı laureatı, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, professor Teymuraz Ququşvili çıxış edəcək. Amonasro partiyasını ifa etmək üçün isə Ukraynanın Əməkdar Artisti Dmitri Qrişin dəvət olunub.

Tamaşada əsas rollardan biri olan Amneris partiyasını isə Azərbaycanın Əməkdar Artisti Fidan Hacıyeva canlandıracaq. Tamaşada, həmçinin Azərbaycan Opera və Balet Teatrının solistləri – xalq artisti Əli Əsgərov, əməkdar artistlər Gülnaz İsmayılova, Əkrəm Poladov və başqaları çıxış edəcəklər. Tamaşanın dirijoru Z.Paliaşvili adına Gürcüstan Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri David Kintsuraşvilidir.


Müəllif: