24 Fevral 2015 17:40
1 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Talelər qovuşanda” Musiqili Teatrda 105-ci dəfə nümayiş olunacaq. Bunu teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Teleqraf.com-a açıqlamasında bildirib. Onun sözlərinə görə, vaxtı ilə bu tamaşada mərhum aktyorlar xalq artisti Elxan Əhədzadə, əməkdar artistlər Elçin Həmidov, Xanım Qafarova və aktrisa Lütfiyyə Səfərova oynamışlar və onların ifaları hələ də xoş bir xatirə kimi xatırlanır.

Tamaşanın quruluşçu-rejissoru Faiq Zöhrabov, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.

Uzun illərdir sevə-sevə izlənilən tamaşadakı rolları əməkdar artistlər Nərgiz Kərimova, Nahidə Orucova, Novruz Qartal, Ema Məlikova, aktyorlar Amil Məmmədov, Gültac Əlili, Əlif Cahangirov, Ülviyyə Əliyeva, Elçin İmanov və başqaları ifa edirlər.

Qeyd edək ki, Rauf Hacıyev, Faiq Zöhrabov və Elxan Ocaqovun iki hissəli operettasının nümayişi fevral ayının 28-də saat 16.00-da baş tutacaq.

Nərmin


Müəllif: