1 Mart 2015 14:31

Azərbaycanın Qırğızıstandakı səfirliyinin təşəbbüsü ilə martın 17-də Bişkek şəhərində Kalıy Moldobasanov adına Qırğız Milli Konservatoriyasında Novruz bayramına həsr olunmuş tədbir keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, tədbirdə xalq artistləri - xanəndə Mələkxanım Əyyubova, tarzən Möhlət Müslümov və kamançaçı Fəxrəddin Dadaşovun iştirakı nəzərdə tutulub.


Müəllif: